Odessada soydaşlarımızın olduğu maşın karvanı atəşə tutulub, 3 nəfər ölüb

Odessada soydaşlarımızın olduğu maşın karvanı atəşə tutulub, 3 nəfər ölüb

Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin maşın karvanı diversiya qrupu tərəfindən atəşə tutulub.

Odessada yaşayan soydaşlarımızın APA-nın Kiyevdəki xüsusi müxbirinə verdiyi məlumata görə, hadisə ötən gecə olub.

Sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən həmvətənlərimizin olduğu 8 avtomobildən ibarət maşın karvanı atəşə tutulub.

Maşın karvanının atəşə tutulması nəticəsində 3 soydaşımız dünyasını dəyişib. Həmin şəxslər Xarkovu tərk etmək üçün Odessaya gediblərmiş. 

Qeyd edək ki, Odessadakı Azərbaycan diasporunun üzvü Anar Ağazadə də gecə hadisə barədə məlumat paylaşıb.