Oğuzda avtomobil traktorla toqquşub, ölən var

Oğuzda avtomobil traktorla toqquşub, ölən var

Oğuz rayonunda avtomobil traktorla toqquşub, ölən var.

Hadisə rayonun Xaçmaz kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1993-cü il təvəllüdlü Səxavət Arif oğlu Atakişiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil hərəkətdə olan zaman traktorla toqquşub. Nəticədə S.Atakişiyev ölüb.

Faktla bağlı araşdırma aparılır.