Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb

Ermənistanın baş naziri Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya Baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək. Komissiyanın tərkibində nazirliklərin və digər strukturların nümayəndələri də yer alacaq.