Prokurorluq: "Hərbçiyə zor tətbiq edilməsi görüntüləri ilə bağlı araşdırma aparılır"

Prokurorluq: "Hərbçiyə zor tətbiq edilməsi görüntüləri ilə bağlı araşdırma aparılır"

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı araşdırmalara başlanıb.

Bu barədə yeniazerbaycan.com-a  Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.

O bildirib ki, faktla bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır. "Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir" ,- deyə F.Əliyev bildirib.