Rusiyanın Ulyanovsk vilayətində uşaq bağçasında silahlı insident olub.
Hadisə Veşkayma rayonunun SSRİ-nin 50 illiyi küçəsindəki "Ryabinka" uşaq bağçasında baş verib.
Xəbərə görə, silahlı şəxs 5 və 6 yaşlı iki uşağı və tərbiyəçi Olqa Mitrofanovanı öldürüb, sonra isə özünü güllələyib.
İlkin xəbərə əsasən, hücum edən şəxsin adı Aleksandr Dronindir.