Xarkovda yaralanan azərbaycanlı sürücülərdən biri vəfat edib

Xarkovda yaralanan azərbaycanlı sürücülərdən biri vəfat edib

Təəssüflə qeyd etmək istəyirik ki, Xarkov şəhərində yaralanan azərbaycanlı sürücülərdən biri Tahirov Samir Sürəddin oğlu bu gün vəfat edib.

Trend xəbər verir ki, bu barədə ABADA məlumat yayıb.

"Dünyasını dəyişən sürücünün nəşinin ölkəyə gətirilməsi istiqamətində aidiyyəti orqanlar tərəfindən tədbirlərə başlanılıb. Digər yaralı Bayramov Yusif Asif oğlunun səhhəti isə normaldır", - məlumatda deyilir.