Türkiyə, Rusiya, Ukrayna və BMT heyətləri taxıl dəhlizini müzakirə edir

Türkiyə, Rusiya, Ukrayna və BMT heyətləri taxıl dəhlizini müzakirə edir

Bu gün Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başlayıb.

 "Habertürk" xəbər verir ki, artıq nümayəndələr İstanbul şəhərindədir.

Nümayəndə heyətlərinin Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, bu, dördlü formatda baş tutan ilk görüşdür.