Türkiyədə koronavirusa yoluxma 40 dəfəyə qədər artıb

Türkiyədə koronavirusa yoluxma 40 dəfəyə qədər artıb

Türkiyədə koronavirusa yoluxma hallarının sayı 4-5 həftə öncəyə nisbətdə 40 dəfəyə qədər artıb.

Bu barədə Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

O qeyd edib ki, bununla bağlı xəstəxanaların yükü artsa da, onların işində heç bir çatışmazlıq müşahidə olunmur.

Bundan əlavə, Qoca, ölkədə yenidən qapanmaların olmayacağını da vurğulayıb.