Türkiyənin İraqın Mosol şəhərindəki Baş Konsulluğuna hücum olub

Türkiyənin İraqın Mosol şəhərindəki Baş Konsulluğuna hücum olub

Türkiyənin İraqın Mosol şəhərində yerləşən Baş Konsulluğuna hücum olub.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik hücumu pisləyib.

“BMT Təhlükəszlik Şurasının iclası keçirildiyi zaman belə bir hücumun təşkil olunması diqqət çəkir”, - XİN-in bəyanatında bildirilib.

Türkiyə XİN həmçinin İraqdakı səlahiyyətli şəxslərə terrorla mübarizədə ayıq-sayıq olmaları barədə xəbərdarlıq edib.