Bərdədə yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb

Bərdədə yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb

Bərdədə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Hindarx-Borsunlu yolunda, rayonun İmirli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ 2106" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ"-da olan 1952-ci il təvəllüdlü Qarayev Ələmdar Əkbər oğlu, onun qardaşı, 1961-ci il təvəllüdlü Qarayev Rəhbər Əkbər oğlu və onun həyat yoldaşı 1964-cü il təvəllüdlü Qarayeva Lətafət Yunis qızı xəsarət alaraq Ağdam Mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.