Baş Nazirin müavini: Ermənilər Gəncəyə etdiklərinin cəzasını çox ağır ödəyir

Baş Nazirin müavini: Ermənilər Gəncəyə etdiklərinin cəzasını çox ağır ödəyir

“Ermənilər Gəncədə törətdikləri hadisəyə görə öz cəzalarını çox ağır şəkildə alırlar və alacaqlar”.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, bu sözləri Baş Nazirin müavini Əli Əhmədov Gəncə şəhərinə etdiyi səfər zamanı jurnalistlərə açıqlamasında bildirib.
“Əlbəttə, biz onlar kimi uşaqları, mülki şəxsləri hədəf almırıq. Biz bunun cavabını döyüş meydanında veririk. Ermənilər Gəncəyə etdiklərinin cəzasını çox ağır ödəyirlər”.