Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) 12 min 445 nəfər namizədi qeydə alınıb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dairə Seçki Komissiyalarına imza vərəqələrini təqdim etmiş YAP təmsilçilərinin bələdiyyə üzvlüyünə namizədliyinin qeydə alınması prosesi davam edir. Qeyd edək ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.