Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə keçirilən “Çarpaz fikirlər” adlı layihənin bağlanış mərasimi olub.
Tədbirdə layihə rəhbəri Mustafa İsmayıl layihə çərçivəsində görülmüş işlər barəsində geniş məlumat verib. O, qeyd edib ki, bu cür layihələr gənclər arasında geniş maraq doğurur və bu istiqamətdə gələcəkdə də işlərin aparılması planlaşdırılır. Sonra isə layihə iştirakçılarının təəssüratları dinlənilib.
Sonda layihədə aktivlik göstərən gənclər diplom və sertifikatlarla təltif olunublar.