Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatı prezident seçkiləri ilə əlaqədar imzatoplama kampaniyasına start verib. Seçki prosesi ilə əlaqədar olaraq YAP Sabirabad rayon təşkilatında seçki qərargahı yaradılıb, dünən qərargahın iclası keçirilib. Daha sonra prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizəd irəli sürülmüş cənab İlham Əliyevin imzatoplama kampaniyasına başlanılıb.
YAP Sabirabad rayon təşkilatında imzatoplama kampaniyası uğurla həyata keçirilir və seçicilər kampaniyada böyük aktivlik nümayiş etdirirlər.