Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilati dəstəyi ilə VII qrant müsabiqəsinin qalibi olmuş “Şahmata dəstək” adlı layihənin bağlanış mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Mehdi Fərzəlizadə “Şahmata dəstək” layihəsi haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, layihənin məqsədi şahmat oyununa gənclərin marağının artırılmasından ibarət olub.
Sonda şahmat üzrə təlimçi Aytən Məmmədova layihə və keçirilən təlimlər haqda öz fikrini bölüşüb. Tədbirin sonunda təlimlərdə iştirak etmiş gənclərə sertifikat verilib.