Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyi ilə münasibətilə “700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Səbail rayon təşkilatı və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1970-ci illərdə yaradılmış “Dostluq parkı”nda və eləcə də Səbail RİH tərəfindən “Şıx” ərazisindəki yamacda salınan “Ekoloji park”ın ərazisindəki ağacəkmə aksiyası YAP üzvlərinin və rayon ictimaiyyətinin nümayəndələrinin, yüzlərlə insanın iştirakı ilə keçirilib.
Aksiyada ümumilikdə 1000 ədəd yeni Eldar şamı, oluandr, kiparis, zeytun və s. ağacları əkilib, ağaclara qulluq göstərilib.