Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının binasının bu ilin fevralından başlanmış əsaslı təmiri başa çatmaq üzrədir. Binanın dam örtüyü, qapı və pəncərələri, döşəmə və tavanı təzələnib, interyerində isə yeni dizayn tətbiq olunub. 10 kabinet və 100 yerlik iclas zalının yeni avadanlıqla təmin edilməsi nəzərdə tutulur.