YAP nümayəndə heyəti Kiyevdə səfərdədir

Ukraynanın Regionlar partiyasının 23 oktyabrda Kiyev şəhərində keçirilən XII Qurultayında bu partiyanın dəvəti ilə Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı, YAP İcra katibinin müavini Siyavuş Novruzov və Milli Məclisin deputatı Rauf Əliyev daxildir.