Xəbər verildiyi kimi, bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən partiya fəallarının imza vərəqələri artıq dairə seçki komissiyalarına təqdim edilib. Hazırda imza vərəqələrini təqdim edən YAP təmsilçilərinin bələdiyyə üzvlüyünə namizədliyinin qeydə alınması davam edir. Noyabr ayının 3-nə olan məlumata görə, dairə seçki komissiyaları tərəfindən bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınan Yeni Azərbaycan Partiyasının təmsilçilərinin sayı 10548 nəfərə çatıb.