Tovuzda imzatoplama kampaniyası böyük ruh yüksəkliyi ilə keçirilib

Tovuzda imzatoplama kampaniyası böyük ruh yüksəkliyi ilə keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində YAP-ın Azərbaycan Respublikası Prezidentliyinə namizədi cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi üçün seçici imzalarının toplanması kampaniyasını uğurla həyata keçirib. Fevralın 17-də böyük mütəşəkkillik və ruh yüksəkliyi ilə başlanan imzatoplama kampaniyasında rayon təşkilatında yaradılan seçki qərargahının 23 nəfər üzvü və partiya fəalları aktiv şəkildə iştirak ediblər. Fəallar 104 saylı Gədəbəy-Tovuz, 105 saylı Tovuz və 106 saylı Tovuz - Qazax - Ağstafa Seçki dairələri üzrə müəyyən olunmuş dislokasiyaya uyğun olaraq ümumilikdə 1150 seçici imzası toplayıblar.