Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər davam edir. Kampaniya çərçivəsində YAP Cəbrayıl rayon təşkilatının növbəti görüşü Saatlı rayonunun Əlisoltanlı köçkün qəsəbəsində keçirilib.
Təbliğat görüşündə çıxış edən YAP Cəbrayıl rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev seçicilərə cənab İlham Əliyevin prezidentliyi dövrünü əhatə edən 15 il ərzində görülən işlərdən danışıb. Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2018-ci illərdə Azərbaycanın sürətli, dinamik inkişafı, ordu quruculuğu, iqtisadiyyatımızın güclənməsi, sosialyönümlü islahatların həyata keçirilməsi, Azərbaycanın dünya dövlətləri arasında böyük nüfuza sahib olaraq söz sahibinə çevrilməsi haqqında seçicilərə ətraflı məlumat verilib.
Görüşdə çıxış edən Məhəmmədəli Mehdixanov, rayon ağsaqqalları Məhərrəm Nəcəfov və İldırım İsmayılov seçiciləri 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə səs verməyə çağırıblar.