Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illik yubileyi münasibətilə YAP Goranboy rayon təşkilatı “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirib.
Rayon təşkilatından verilən məlumata görə, rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin xidməti ərazisində meşə fondu torpaqlarındakı 14 hektar sahədə badam ağacları əkilib.
Aksiya çərçivəsində 4-10 dekabr tarixlərində 5 min badam tingi əkilib. Aksiya qarşıdakı dövrdə də davam edəcək. YAP Goranboy rayon təşkilatı 7 min ədəd ağac əkməyi planlaşdırıb. Növbəti mərhələdə 2 min ədəd badam tingi əkiləcək.