Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatı YAP-ın yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirib.
Ağacəkmə kampaniyasında YAP Lənkəran rayon təşkilatının fəalları və ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər.