Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının Seçki Qərargahının parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat tədbirlər planına uyğun olaraq şəhərin Axundov küçəsi 3 ünvanında seçicilərlə görüş keçirilib.
Görüşdə Seçki Qərargahının sədri Cavanşir Yusubov və təbliğat-təşviqat qrupunun rəhbəri Əyyub Əyyubov çıxış edərək Yeni Azərbaycan Partiyasının 47 saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizədi Aydın Mirzəzadənin fəaliyyəti barədə geniş məlumat veriblər.
Ötən dövr ərzində A.Mirzəzadənin Mingəçevir seçicilərini parlamentdə layiqincə təmsil etdiyini deyən natiqlər seçiciləri yenə də YAP-ın namizədinə səs verməyə çağırıblar.
Görüşdə iştirak edən seçicilər də çıxış edərək noyabrın 1-də seçki məntəqələrinə gedəcəklərini və YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.