18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə YAP Nəsimi rayon təşkilatı və onun Gənclər Birliyinin təşəbbüsü ilə silsilə tədbirlər hazırlanıb.
Oktyabrın 12 -də 20 saylı şəhər poliklinikasında YAP Nəsimi rayon təşkilatının 300 nəfərdən çox fəal üzvünün iştirakı ilə “Tələbə ayı” çərçivəsində “Müstəqilliyimiz, Gənclərimiz və Gələcəyimiz” şüarı altında qanvermə aksiyası keçirilib.