YAP Nəsimi rayon təşkilatı qanvermə aksiyası keçirib

YAP Nəsimi rayon təşkilatı qanvermə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə əlaqədar silsilə tədbirləri davam etdirir. Belə ki, aprelin 20-də YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında qanvermə aksiyası keçirilib. Aksiyada YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, rayon təşkilatının üzvləri iştirak ediblər.
MÜŞFİQƏ