Sentyabrın 12-də Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Ali Partiya Məktəbinin beynəlxalq əməkdaşlıq şöbəsinin direktoru xanım Dun Tsin və məktəbin təhsil şöbəsinin direktoru xanım Lo Mintsi ilə görüşüb.
Görüşdə Ali Partiya Məktəbinin strukturu, təhsilin məzmunu və prinsipləri haqqında məlumat verilib. YAP nümayəndə heyətinin rəhbəri, Milli Məclisin komitə sədri Hadi Rəcəbli dövlət idarəçiliyi sahəsində peşəkar kadrların hazırlanmasına dair Azərbaycanın təcrübəsindən bəhs edib, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəaliyyəti haqqında məlumat verib. Sonda YAP adından Çin Ali Partiya Məktəbinə müxtəlif hədiyyələr təqdim olunub.