Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının III Qurultayı keçirilib. Qurultayın işində Türkiyə Böyük Millət Məclisində təmsil olunan partiyaların nümayəndələri, tanınmış siyasətçilər və 80-ə yaxın xarici qonaq iştirak edib. Qurultayda Ədalət və İnkişaf partiyasının dəvətinə əsasən, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun rəhbərliyi ilə YAP nümayəndə heyəti də iştirak edib. Qeyd edək ki, qurultay “Biz birlikdə Türkiyəyik” şuarı altında keçirilib.