Pirallahı rayonunda 2018-ci il aprel ayının 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq yüksək səviyyədə aparılıb. Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatında partiya tərəfindən namizədliyi irəli sürülmüş ölkə Prezidenti cənab İlham Əliyevin imzatoplama kampaniyasına dəstək məqsədilə YAP Pirallahı rayon təşkilatı da fəallıq göstərir.
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib ki, YAP Pirallahı rayon təşkilatının fəalları ilə görüşlər təşkil edilib, imza toplayacaq şəxslərlə treninqlər keçirilib.
YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını böyük ruh yüksəkliyi ilə həyata keçirir. Ümumilikdə rayon üzrə 350 imza toplamaq üçün 7 nəfər YAP üzvü kampaniyaya cəlb olunub.