YAP Qusar rayon təşkilatının bir qrup gənci Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

YAP Qusar rayon təşkilatının bir qrup gənci Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Dünən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə bir qrup gəncin Quba rayonunda yerləşən Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil olunub.
Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, məzarlığa qərənfillər düzülüb.
Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən gənclərə qan yaddaşımızın ən ağrılı səhifələri - soyqırımı, deportasiya, azərbaycanlıların tarixi torpaqlarından çıxarılması haqqında ətraflı məlumat verilib.