Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının IX konfransına hazırlıq işləri davam etdirilir.
Hazırlıq çərçivəsində yanvarın 26-da rayon uşaq incəsənət məktəbi ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
İclasda ilk təşkilatın sədri Reyhan Bağışova hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, ilk təşkilatın üzvlərinin sayı 83 nəfərdir. Partiya üzvləri məktəbin və rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Sonra YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edib.
Sonda ərazi ilk partiya təşkilatının 7 nəfərdən ibarət idarə heyəti, sədri və sədr müavini, həmçinin YAP Qusar rayon təşkilatının IX konfransına 3 nəfər nümayəndə seçilib.
Arif ƏSƏDOV