YAP Şabran rayon təşkilatının üzvləri imzatoplama kampaniyasında fəallıq nümayiş etdirirlər

YAP Şabran rayon təşkilatının üzvləri imzatoplama kampaniyasında fəallıq nümayiş etdirirlər

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Prezidentliyinə namizədliyi irəli sürülmüş YAP Sədri, Prezident İlham Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına start verilib. Kampaniyanın başlaması ilə əlaqədar YAP Şabran rayon təşkilatının seçki qərargahında müşavirə keçirilib.
Müşavirədə kampaniyada iştirak edəcək qərargah üzvləri və partiya fəallarına proses haqqında məlumat verilib, imzatoplama zamanı diqqət yetiriləcək tələblər nəzərə çatdırılıb.
Sonra YAP Şabran rayon təşkilatında yaradılmış seçki qərargahında fəaliyyət göstərən mobil qruplar rayonda yerləşən seçki dairələri üzrə imzatoplama kampaniyasına başlayıblar.