YAP Samux rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla bağlı toplantı keçirilib. Toplantıda YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bələdiyyə seçkilərinə hazırlıq işlərinin gedişi haqqında geniş məlumat verib. Yeni Azərbaycan Partiyasının böyük seçki təcrübəsi olduğunu deyən G.Bayramov bildirib ki, bələdiyyələr bu gün sosial məsələlərin həllində yaxından iştirak edir. Düzgün təşkil olunmuş fəaliyyət nəticəsində bələdiyyə seçkilərində YAP üzvlərinin qələbəsi daha yüksək olacaq. Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, bələdiyyə seçkilərində fəal iştirak etmək partiyanın qarşısında duran əsas məqsədlərdən biridir. Təbii ki, Yeni Azərbaycan Partiyasının böyük potensialı var, bu potensial da ən layiqli namizədlərin irəli sürülməsinə imkan verir. Bunun əsasında rayon üzrə bələdiyyə üzvlüyünə namizədlər müəyyənləşdirilib.