Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, bələdiyyə seçkiləri ilə əlaqədar rayon təşkilatı seçkilərə hazırlığın indiki mərhələsi üçün bütün işləri yerinə yetirib. Artıq yerlərdə toplantılar keçirilib, görülmüş işlər müzakirə edilib. Eyni zamanda, 23 bələdiyyəyə 203 namizəd irəli sürülüb: “Düşünürəm ki, YAP budəfəki bələdiyyə seçkilərində də qələbə qazanacaq və 10 illik təcrübəsi olan yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə öz töhfəsini verəcək”.