YAP Səbail rayon təşkilatı qadınlar şurasının toplantısı keçirilib

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı qadınlar şurasının toplantısı keçirilib. Toplantıda bələdiyyə seçkiləri ilə əlaqədar qarşıda duran vəzifələr və partiyanın Qadınlar Şurasının fəaliyyət istiqamətləri müzakirə olunub. Rayon qadınlar şurasının sədri Nübar Muxtarova bildirib ki, bələdiyyə seçkilərində qadınların iştirakı və fəallığı zəruridir: “YAP-a böyük inam və axın var. Biz bunun davamlı olması üçün qadınlar arasında maarifləndirmə işləri aparmalıyıq və onların YAP sıralarına daxil olmalarına yardım etməliyik”.
Hazırda YAP-ın çoxminli yaxın qadın üzvünün olduğunu vurğulayan N.Muxtarova seçkilərdə onların potensialından səmərəli istifadə olunacağını deyib.