YAP təbliğat-təşviqat plakatları hazırlayıb

Mübariz Qurbanlı: Müxtəlif çağırışların öz əksini tapdığı plakatlarda YAP-ın şüarları əks olunub
Yeni Azərbaycan Partiyası bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat plakatları hazırlayıb. Bu barədə APA-ya partiyanın İcra katibinin müavini Mübariz Qurbanlı məlumat verib. Onun sözlərinə görə, plakatlar artıq çap edilib: “Müxtəlif çağırışların öz əksini tapdığı plakatlarda YAP-ın şüarları əks olunub. M.Qurbanlı təbliğat-təşviqat kampaniyası başladıqdan sonra həmin plakatların təşviqat materiallarının yerləşdirilməsi üçün müəyyən olunmuş yerlərdən asılacağını bildirib”.
Xatırladaq ki, Azərbaycan Respublikasında bələdiyyələrə növbəti seçkilər bu ilin dekabr ayının 23-də keçiriləcək.