Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasını başa vurub.
Qeyd edək ki, kampaniyanın başlaması ilə əlaqədar YAP Ağdam rayon təşkilatının seçki qərargahında müşavirə keçirilib. Müşavirədə kampaniyada iştirak edəcək qərargah üzvləri və partiya fəallarına proses haqqında məlumat verilib, imzatoplama zamanı diqqət yetiriləcək qaydalar nəzərə çatdırılıb.
Daha sonra rayonda yerləşən seçki dairələri üzrə nəzərdə tutulan 600 imza toplanaraq sənədləşdirilib.