11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar dünən Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşviqat kampaniyasına start verilib.
YAP Səbail rayon təşkilatının fəallarından təşkil olunmuş komanda prezident seçkiləri ilə bağlı təşviqat materiallarını 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə ümumilikdə 40 seçki məntəqəsinin ərazisində quraşdırılmış təşviqat lövhələrinə vurmağa başlayıblar.
Tərtib olunmuş qrafikə uyğun olaraq rayon seçiciləri ilə görüşlər keçiriləcək.