"Tiny T1" telefonunun təkmilləşdirilən versiyası təqdim edilib

"Tiny T1" telefonunun təkmilləşdirilən versiyası təqdim edilib

"Zanco" şirkəti "Tiny T1" telefonunun təkmilləşdirilən versiyasını təqdim edib.
Məlumata əsasən, yeni "Tiny T2" telefonunun ölçüsü 6,1×3×1,65 santimetr, çəkisi isə cəmi 31 qramdır. "Tiny T2" keçmiş versiyasından fərqli olaraq rəngli ekran, 0.3 meqapiksellik kamera, radio və MP3/MP4 pleyerə sahibdir. Telefonun maraqlı xüsusiyyəti oyunlarla təchiz olunmasıdır, qacetdə quraşdırılan oyunlardan biri əfsanəvi "Doodle Jump"dır.
Bununla yanaşı, telefonun enerji saxlaması da həvəskarları yaxşı mənada təəcübləndirə bilər - bu qacet enerjı yığmadan 7 günə qədər işləyə bilir.
Qeyd edək ki, "Tiny T2" telefonu aprel ayında ictimaiyyətə təqdim olunacaq. Bu qaceti 59 ABŞ dollarına əldə etmək mümkün olacaq.