Yaponiya, Cənubi Koreya və ABŞ KXDR peykinin buraxılmasını regionun təhlükəsizliyinə təhdid hesab edib və Şimali Koreyanın nüvəsizləşdirilməsinə çalışacaqlarına söz veriblər. "Yeni Azərbaycan" RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Üç ölkənin yüksək rütbəli diplomatları telefon danışığı apararaq, Pxenyanın ballistik raketlər buraxmasını müzakirə ediblər.
Qeyd edək ki, danışıqlarda ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsinin müavini Çonq Park, Cənubi Koreya Xarici İşlər Nazirliyinin Diplomatik Strategiya və İnformasiya Departamentinin Şimali Koreya ilə diplomatiya planlaması qrupunun rəhbəri Li Junq İl və Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okean İşləri Departamenti Hiroyuki Namazu iştrak edib. Danışaqlar zamanı o da qeyd olunub ki, mayın 27-də peykin orbitə buraxılması regionun təhlükəsizliyi üçün ciddi və gözlənilməz təhlükə yaradır.
Havar Şəfiyeva