Macarıstanın baş naziri Viktor Orban kimi ağıllı siyasətçilər Avropa İttifaqını xilas edə bilər. "Yeni Azərbaycan" RİA Novostiyə istinadən xəbər verir ki, bunu Avropa Araşdırmaları Mərkəzinin Avropa ölkələrinin iqtisadiyyatı sektorunun baş elmi işçisi Vladimir Olençenko deyib.
“Avropada daha ağıllı insanlar var. Orban onların maraqlarını təmsil edir. O, güclü şəxsiyyətdir və insanların dəstəyini qazanmağı bacarır”, - deyə politoloq bildirib.
Olençenko vurğulayıb ki, assosiasiya indi məhv olmaq və ya güclənmək dilemması ilə üzləşib. Onun sözlərinə görə, Avropa Parlamentində “Avropa üçün Vətənpərvərlər” kimi birliklər Avropa İttifaqını qoruyacaq qüvvələrə çevrilə bilər.
Havar Şəfiyeva