Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Argentina Respublikasının Deputatlar Palatasının Azərbaycan-Argentina dostluq qrupunun rəhbəri Roberto Mario Mouilleronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyəti qeyd edilib, forumun dünyada beynəlxalq humanitar əməkdaşlığın inkişafına töhfə verəcəyi bildirilib. Son illərdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə inkişaf etdiyinin qeyd olunduğu görüşdə parlamentlərarası əməkdaşlığın önəmi vurğulanıb, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyi bildirilib.