Ağdamda YAP-ın təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

Ağdam rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib. Aksiyada RİH başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, YAP fəalları, Ərazi-partiya təşkilatlarının sədrləri, şəhid ailələri, qazilər iştirak etmişlər. Aksiya çərçivəsində yaşıllıqlar salınan ərazidə abadlıq və təmizləmə işləri görülüb, yaşıllıqların suvarılması təmin edilib, onlara aqrotexniki qaydada qulluq göstərilib.

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyır.