Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, təhsil, mədəniyyət, turizm və digər sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğu bildirilib, əlaqələrin daha intensiv xarakter almasından məmnunluq ifadə edilib, Çexiya xarici işlər nazirinin Bakıya səfərinin bu əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığı vurğulanıb.