Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbəri Natali Qulenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub, Fransa Senatının müşahidə missiyasının ölkəmizə səfərinin önəmi vurğulanıb, prezident seçkilərinə hazırlıqla əlaqədar görülən işlər barədə fikir mübadiləsi aparılıb.