Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində olub, IX Prezident Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində olub, IX Prezident Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub.
Dövlətimizin başçısı Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.