İslamabadın Bənazir Bhutto beynəlxalq aeroportunda qarşılanma

İslamabadın Bənazir Bhutto beynəlxalq aeroportunda qarşılanma

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Pakistan İslam Respublikasına səfərə gedib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri qarşılayıblar.
Sonra toplardan yaylım atəşi açılıb, Azərbaycanın və Pakistanın dövlət himnləri səslənib.