Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktoru ilə görüşüb

İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə TANAP layihəsinin açılışının əhəmiyyəti vurğulanıb, BP-SOCAR əməkdaşlığının uğurla həyata keçirildiyi qeyd edilib.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.