Prezident İlham Əliyev Finlandiyanın xarici işlər naziri Erkki Tuomioyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Finlandiyanın xarici işlər naziri Erkki Tuomioyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Finlandiya Respublikasının xarici işlər naziri Erkki Tuomioyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Finlandiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.