Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti, "Zatlersin İslahatları Partiyası"nın sədri Valdis Zatlersi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Latviya Respublikasının sabiq Prezidenti, “Zatlersin İslahatları Partiyası”nın sədri Valdis Zatlersi qəbul edib. Görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, Prezident İlham Əliyevlə Valdis Zatlersin bundan əvvəlki görüşləri məmnunluqla xatırlanıb, ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.